Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Quduzlaşmış adam xəstəxanadan qaçdı – Sakinlər qorxu içində

43 Baxış

Türkiyənin Şanlıurfa şəhərində quduzluq diaqnozu qoyulan şəxs xəstəxanadan qaçıb.

Turanmedia.az Tns-ə istinadən xəbər verir ki, 30 yaşlı suriyalı xəstə sakinlərin təlaşına səbəb olub. O, kilidli bir otaqdan çıxaraq qaçıb və xəstəxanadakılardan birinin telefonunu da oğurlayıb.

Polis və tibbi personalın əməliyyatı nəticəsində həmin şəxs xəstəxanadan 10 kilometr məsafədə yerləşən bir tarlada tutulub.

Xəstənin digər şəxslərə təmas edib-etmədiyi araşdırılır. (metbuat.az)


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678