Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

“Putin indi çox əsəbidir” – Peskov hara yoxa çıxıb?

59 Baxış

Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi iki həftədən artıqdır ki, ictimaiyyət qarşısına çıxmır. Dmitri Peskov yoxa çıxmazdan əvvəl Rusiyada 2024-cü ildə keçiriləcək seçkilərlə bağlı açıqlaması ilə məşhurlaşıb.

Turanmedia.az Tns-ə istinadən xəbər verir ki, bu barədə siyasi strateq Abbas Qallyamov şərh verib.

O bildirib ki, Kreml sözçüsünun Rusiyada prezident seçkiləri “tam olaraq demokratiya deyil, çox xərc tələb edən bürokratiyadır” fikri çox riskli və utancvericidir.

Peskov sonuncu brifinqini avqustun 4-də keçirib, iki gün sonra isə “The New York Times” qəzetində Putinin yenidən prezident seçiləcəyinə “etimad” ifadə edən məqalə dərc olunub. Kreml sözçüsünün yoxa çıxması ilə bağlı internetdə sürətlə şayiələr yayılmağa başlayıb. Daha sonra Kseniya Sobçak Peskovun məzuniyyətdə olduğunu və avqustun 23-də işinə qayıdacağını açıqlayıb.

Qallyamov qeyd edib ki, Putin hazırda çox əsəbidir.

“”Xeyirxahlar” Peskovun sözlərini Putinə “düzgün” çatdıra bilərdilər ki, o qəzəblənməsin. Ancaq Peskov elə bir fiqur deyil ki, yoxa çıxması nəyisə kökündən dəyişsin”,- politoloq əlavə edib.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678