Xankəndidə qarşıdurma: Araikin ofisinə basqın edildi

9 Baxış

Avqustun 28-də saat 03:00 radələrində Azərbaycanın rus sülhməramlıların müvəqqəti nəzarətində olan Xankəndi şəhərindəki separatçı dəstənin başçısı Araik Arutyunyanın “ofisinə” silahlı basqın olub.

Turanmedia.az axar.az-a istinadən xəbər verir ki, bu barədə Teleqram kanallarında yayılan məlumatı Xankəndidəki separatçı dəstə təsdiqləyib.

Bildirilib ki, 1981 təvəllüdlü A.A. və 1983-cü il təvəllüdlü T.H. sərxoş vəziyyətdə Araikin “ofisinə” yaxınlaşaraq, binaya və ərazidəki “təhlükəsizlik əməkdaşlarına” atəş açıblar.