Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Alimlər altsheymer xəstəliyinə qarşı mübarizə aparatı hazırladılar

147 Baxış

Yeni Zelandiyadakı Otaqo Universitetinin bir qrup alimi Altsheymer xəstəliyi ilə mübarizə məqsədi daşıyan xüsusi cihaz hazırlayıblar.

“Frontiers” jurnalında nəşr edilən xəbərdə bildirilir ki, cihaz beynin gicgah payına yönəlmiş zəif elektrik impulslarının köməyi ilə insan qoxu sistemini stimullaşdırmaq üçün hazırlanıb.

Parkinson xəstəliyi kimi bu xəstəliyin də ilkin mərhələlərində qoxu sisteminin işləməsindən məsul olan beyin hissəsi zərər çəkir.

Tədqiqatçılar qeyd edir ki, qoxu sinirləri beynin dərinliyinə çatır, yaddaş və naviqasiyaya təsir edir.

“Biz bu üsulla simptomlar azaltmağa və ya Altsheymerin demensiyaya keçməsini yatırmaq üçün bu sahələri stimullaşdırmağa kömək edəcəyik”, – deyə araşdırmanın aparıcı müəllifi, dosent Yusif Özgür Çakmak bildirib.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678