Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Paşinyan komandasında böyük “təmizləmə” işləri aparacaq

39 Baxış

İrəvan meriyasına seçkilərdən sonra Ermənistan baş naziri Nikol Paşinyan hökumətdə böyük “təmizləmə” aparacaq.

Turanmedia.az olke.az-a istinadən xəbər verir ki, bu barədə “Hraparak” qəzeti yazır.

“Bizim Nazirlər Kabinetindəki mənbələrimiz bildirir ki, ən azı beş nazir vəzifəsi ilə vidalaşacaq. Bəziləri əmək vəzifələrini lazımınca yerinə yetirmədiklərinə görə təyin etdiklər şəxslər narazılığa səbəb olub, bəziləri isə baş nazirin xəbəri olmayan korrupsiya sxemlərinə düşüb, belə deyək, yaxalanıblar. Seçkilərdən əvvəl onlara toxunulmur ki, hakim gücün reytinqi düşməsin.

Ötən gün yazmışdıq ki, bu siyahıya Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri Qnel Sanosyan da düşüb. Digər potensial namizədlər ətraf mühit naziri Akop Simidyan, ədliyyə naziri Qriqor Minasyan, əmək və sosial məsələlər naziri Narek Mkrtçyan və yüksək texnologiyalar sənayesi naziri Robert Xaçatryandır”, – nəşr yazır.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678