Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Dünyada bir ilk: qadının beynində yalnız ilanlarda olan canlı qurd tapılıb

41 Baxış

Dünyada ilk dəfə olaraq həkimlər 64 yaşlı xəstənin beynində canlı parazit qurd aşkar ediblər.

Turanmedia.az-ın məlumatına görə, TNS “The Guardian”a istinadən xəbər verir ki, neyrocərrah Hari Priya Bandi zombi filmini xatırladan qorxunc tapıntıdan danışıb.

Qadın bir neçə həftə qarın ağrısı, ishal, quru öskürək, qızdırma və gecə tərləməsindən əziyyət çəkdiyi üçün 2021-ci ilin yanvar ayının sonunda xəstəxanaya yerləşdirilib. Bir il sonra o, yaddaşını itirməyə başlayıb və depressiyaya düşüb.

Beyin tomoqrafiyasında bir sıra anormallıqlar ortaya çıxıb və bu səbəbdən həkimlər əməliyyat etmək qərarına gəliblər. Həkim xəstənin beynindən 8 santimetrlik qurdu çıxaranda neyrocərrah Bundinin təəccübünün həddi-hüdudu yox idi. Onun ora necə gəldiyi sirr olaraq qalır.

Canlı qurd ekspertizaya göndərilib və bu zaman məlum olub ki, bu, pitonlarda parazitlik edən “Ophidascaris robertsi”olub. Dünyada yuvarlaq qurda yoluxan ilk şəxs olan qadın ilanlarla təmasda olmayıb, sadəcə gölün yaxınlığında yaşayıb.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678