Meşə yanğınında şübhəli bilinən iki nəfər saxlanıldı
4 Baxış

İstanbulun Maltəpə rayonu ərazisində meşə yanğınını törətməkdə şübhəli bilinən iki nəfər saxlanılıb.
Turanmedia.az-ın məlumatına görə, TNS yerli KİV-ə istinadən xəbər verir ki, saxlanılanlardan biri əcnəbi qadın, digəri Türkiyə vətəndaşı olan kişidir.
Məlum olub ki, bu gün baş vermiş yanğın zamanı həmin şəxslərin özlərini şübhəli aparması polisin diqqətindən qaçmayıb. Araşdırma davam edir.