Latviyadakı rusların 60 faizi dil imtahanından keçə bilməyib

5 Baxış

Latviyada yaşayan rusların 60 faizi latış dili imtahanında keçid balını toplaya bilməyib.

Turanmedia.az-ın məlumatına görə, TNS “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Dövlət Təhsil Mərkəzinin direktoru Liene Voronenko bildirib.

Onun sözlərinə görə, dil biliyi imtahanında iştirak edən 11 min nəfərdən 7 mini A2 səviyyəsini keçə bilməyib.

Həmin şəxslərin bu il dekabrın 2-dək Latviyada yaşamaq hüququ var. Həmin tarixdən sonra ruslar ölkəni tərk etməlidirlər.