Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Boris Conson: “Bütün dünya bilir ki, bu işin arxasında kim var”

35 Baxış

Böyük Britaniyanın sabiq Baş naziri Boris Conson Yevgeni Priqojinin qətlinin arxasında Rusiya Prezidenti Vladimir Putinin dayandığına şübhə etmir.

Turanmedia.az Tns-ə istinadən xəbər verir ki, bu barədə o, “The Daily Mail”də dərc olunan məqaləsində yazıb.

Conson əmindir ki, Priqojin uğursuz üsyandan sonra açıq şəkildə aşağıladığı himayədarından oxşar bir şey gözləyirdi.

“Bütün dünya çox yaxşı bilir ki, Priqojinin qətlinin arxasında duran şəxs, Böyük Britaniyada Aleksandr Litvinenko və Sergey Skripalın zəhərlənməsinə icazə verən şəxsdir. Mərcə girməyə hazıram ki, Priqojinin son fikri “Putin” olub!”,- Conson deyib.

Onun fikrincə, Rusiya Federasiyası prezidentinin Priqojini sağ buraxacağını güman etmək dəlilik olardı.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678