Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Braziliyalı silsilə qatil atasını öldürərək ürəyini yeyib

116 Baxış

Brazilida Pedrinyo Matador kimi tanınan silsilə qatil öz cinayətlərindən danışıb.

Onun qanlı həyat hekayəsini “Daily Star” nəşri gündəmə gətirib.

Əsl adı Pedro Rodriqes Filyu olan qatil 1973-cü ildə həbs olunaraq 126 illik həbs cəzasına məhkum edilib. Təkcə həbs müddətində o, 47 məhbusu öldürüb və buna görə daha bir neçə yüz il həbs cəzası alıb. Buna baxmayaraq, Pedrinyo 2007-ci ildə azadlığa buraxlıb. Lakin bir müddət sonra yenidən qanunu pozaraq, həbs edilib.

2018-ci ildən etibarən, silsilə qatil tam sərbəst şəkildə Moqi-das-Kruzeş bələdiyyəsində yaşayır və sakit həyat tərzi keçirir.

Bədənində “Mən öldürməyi sevirəm” yazılı tatusu olan 66 yaşlı Matador nadir hallarda öz cinayət əməlləri barədə danışır:

“Məh 42 il həbsdə yatmışam. İlk cinayətimi 13 yaşında törətmişəm, əmim oğlunu qənd hazırlamaq üçün presləyici dəzgahın altına itələmişəm. Bir il sonra isə bələdiyyə sədri və onun cangüdənini güllələmişəm. Həbsdə olarkən mənimlə eyni həbsxanada yatan atamı da öldürmüşəm. Ona 22 dəfə bıçaqla zərbə vurduqdan sonra sinəsini yarıb, ürəyini çıxarıb bir hissəsini kəsərək ağzıma atıb çeynəmişəm”, -deyə qatil xatırlayır.

O, daha heç kimi öldürmək istəmədiyini, yalnız özünə və ailə üzvlərinə təhlükə olduğu halda cinayətə əl ata biləcəyini deyir.

Polisin məlumatına görə, Filyunun hesabında 100-dək qətl hadisəsi var.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678