Rusiya Səfirliyi Ermənistanda bloger və jurnalistin həbsindən narahatdır
4 Baxış

Rusiyanın Ermənistandakı Səfirliyi bloqer-aktivist Mikael Bədəlyan və “Sputnik”in əməkdaşı Aşot Qevorkyanın tutulmasından narahatdır.
Turanmedia.az Tns-ə istinadən istinadən xəbər verir ki, bu barədə səfirlik məlumat yayıb.
“Səfirliyə Rusiya yönümlü bloger-aktivist və jurnalistin həbsinin səbəbi məlumdur. Hadisələrin inkişafını diqqətlə izləyirik. Həbs olunanların aqibətindən narahatıq”, – məlumatda deyilir.
Qeyd edək ki, hər iki şəxs qanunsuz silah alverində günahlandırılır.