Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

“Güclü və sistemli insan”- Zelenski onu belə təqdim etdi

29 Baxış

Ukrayna Prezidenti Volodimir Zelenski rəsmi olaraq Rüstəm Umerovu yeni müdafiə naziri kimi təqdim edib.

Turanmedia.az Tns-ə istinadən xəbər verir ki, bu barədə Zelenski axşam videomüraciətində bildirib.

Ukrayna lideri onun Müdafiə Nazirliyinin işini bərpa edə biləcəyinə əmin olduğunu bildirib.

“Güclü insan. Sistemli. O, müdafiə sahəsini yaxşı bilir. Tammiqyaslı müharibənin ilk günlərindən o, Ukrayna üçün silah danışıqlarında iştirak edib. Çox həssas və effektiv danışıqlar. O, xalqımızın rus əsirliyindən azad edilməsi ilə bağlı danışıqlarla məşğuldur. Bu işdə də, Rüstəmin Ukrayna üçün mühüm nəticələri var. Müdafiə Nazirliyinin işini yenidən qura bilər. İndi buna ehtiyac var”,- Zelenski qeyd edib.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678