Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Bakı-Tbilisi-Qars ilə yükdaşımalarda rekord göstərici qeydə alındı

145 Baxış

2021-ci ilin altı ayı ərzində Bakı-Tbilisi-Qars dəmir yolu ilə 11 084 TEU konteyner daşınıb.

“Azərbaycan Dəmir Yolları” QSC-nin törəmə şirkəti “ADY Konteyner”dən Oxu.Az-a verilən məlumata əsasən, bu rəqəm 2020-ci il ərzində daşınan konteynerlərin ümumi sayına (11 748 TEU) yaxındır.

BTQ ilə ilin əvvəlindən təyinat stansiyalarına 369 TEU idxal, 397 TEU ixrac, 10 318 TEU tranzit yükü çatdırılıb. Konteynerlərdəki  yüklərə gəlincə, ən çox əlvan metallurgiya və kimya sənayesi məhsulları, avadanlıqlar, taxıl və taxıl məhsulları, tekstil, heyvan yemləri, tikinti materialları daşınıb.

Ən çox konteyener 3206 TEU olmaqla Qazaxıstan-Türkiyə marşrutu üzrə daşınıb.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678