İranda 400 partlayışın qarşısı alındı

7 Baxış

İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH ) kəşfiyyat xidmətləri İran ərazisində 400-ə yaxın partlayıcı qurğunu zərərsizləşdirib.

Turanmedia.az Tns-ə istinadən xəbər verir ki, bu barədə İranın kəşfiyyat naziri Seyid İsmail Xətib məlumat verib.

“Biz 400-ə yaxın bombanı zərərsizləşdirmişik. 40-dan çox partlayıcı qurğunun Məhərrəmlikdə dini tədbirlərin keçirildiyi yerlərin yaxınlığında partlaması nəzərdə tutulurdu”, – nazir bildirib.