Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Fransa DİN-dən terror xəbərdarlığı

35 Baxış

Fransanın daxili işlər naziri Jerald Darmanin bildirib ki, onun rəhbərlik etdiyi qurum terror aktları riskini 2015-ci ilin noyabrında Parisdə baş verənlərlə müqayisə edə bilər.

Onun sözlərinə görə, Əfqanıstan, Livan və Afrikada baş verənlər belə bir təhlükənin yaranması üçün ilkin şərtlər yaradır və “bu, narahatlıq doğurur”.

Darmanin iddia edir ki, hazırki təhlükə Fransa və ABŞ-nin bu bölgələrdə mövcudluğunu azaltması ilə bağlıdır.

Nazir vurğulayıb ki, Fransa təhlükəsizlik qüvvələri indi hər iki aydan bir terror aktının qarşısını alır. Darmanin bildirib ki, DİN-in məlumat bazalarında 5,8 minə yaxın şəxs terror aktları törətməyə meyilli şəxslər kimi qeyd olunub.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678