25 yaşlı qadın bibərdən komaya düşüb

6 Baxış

Braziliyada 25 yaşlı qadın çili bibərindən ağır allergik şok keçirərək, komaya düşüb.

Turanmedia.az Tns-ə istinadən xəbər verir ki, həkimlərin sözlərinə görə, pasiyentdə beynin ödemi yaranıb.

Meyderos adlı qadın ailəsi üçün yemək hazırlayarkən özünü pis hiss edib.

O, üyüdülmüş çili bibərini iylədikdən sonra boğazı, burnu qaşınıb, şişib və Kvinke ödemi baş verib. Allergik reaksiya beyinə də ciddi zərər verib və beyin ödemi nəticəsində kəllədaxili təzyiq yüksəlib.

Həkimlərin səyi nəticəsində qadın özünə gəlib. Amma komadan sonra belə xəstələrdə bəzi nevroloji, psixi qüsurlar yarana bilir.