Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

0Köhnə Toyota bir milyon dollara satılıb- Onun unikallığı nədir?

65 Baxış

Böyük Britaniyada Bonhams hərracında nadir “Toyota” modeli satılıb.

Turanmedia.az Tns-ə istinadən xəbər verir ki, 56 illik avtomobil üçün bir milyon dollar ödəyiblər.

Söhbət 1967-ci il istehsalı olan unikal Toyota 2000 GT-dən gedir. Bütün dövr ərzində bu avtomobillərdən cəmi 337 ədəd istehsal edilib. Avtomobilin unikallığı ondan ibarətdir ki, o, markanın ilk idman avtomobili olub, dərhal kuboklar qazanmağa başlayıb və “Toyota”nı dünyaca məşhur şirkətə çevirib.

Avtomobilin kupesi zərif eksteryer dizaynına malikdir və öz dövrü üçün innovasiyaların zirvəsi idi. 1960-cı illərdə olduqca nadir olan müstəqil asma və disk əyləclərinə sahibdir.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678