Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Burkina Faso, Mali və Niger kollektiv müdafiə təşkilatı yaradıb

37 Baxış

Burkina Faso, Mali və Niger Sahel bölgəsində kollektiv müdafiə təşkilatı yaratmaq üçün nizamnamə imzalayıblar.

Turanmedia.az Tns-ə istinadən xəbər verir ki, bu barədə Malinin müvəqqəti prezidenti Assimi Qoita məlumat verib.

Nigerin hərbi rəhbərliyi təşkilatın yaradılmasına dair sənədlərin imzalanmasını alqışlayıb.

Niger Prezident Administrasiyasının “X” hesabında yerləşdirilən məlumatda deyilir: “Biz birlikdə dinc, firavan və vahid Sahel quracağıq”.

Liptako-Qurma tarixi zonası Burkina Faso, Mali və Nigerin sərhəd bölgələrində yerləşir. Hazırda onun ərazisində radikal silahlı qruplar fəaliyyət göstərir.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678