Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Hacıqabulda baş verən qəzada bir ailənin beş üzvü xəsarət aldı

126 Baxış

Hacıqabulda baş verən qəzada bir ailənin dörd üzvü xəsarət alıb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Hacıqabul rayonunun Meyniman kəndi ərazisində qeydə alınıb.

“Opel” markalı avtomobillə LADA markalı avtomobilin toqquşması nəticəsində bir ailənin beş üzvü – Sumqayıt sakinləri, 2019-cu il təvəllüdlü Qubadzadə Məhəmməd Ziyarət oğlu, 1957-ci il təvəllüdlü Qurbanov Burxan Fərrux oğlu, 1991-ci il təvəllüdlü İbadova Günel Burxan qızı, 1995-ci il təvəllüdlü Qurbanova Mələk Müslüm qızı və 1966-cı il təvəllüdlü Qurbanova Gülayət Aslan qızı müxtəlif dərəcəli xəsarətlərlə Şirvan şəhər xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678