Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Naxçıvan dağlarında bəbir cəsədi aşkarlandı – FOTO

123 Baxış

Naxçıvan Muxtar Respublikasının (MR) Ordubad rayonunda bəbir ölüb.

Oxu.Az xəbər verir ki, bu barədə Ümumdünya Təbiəti Mühafizə Fondu (WWF) Azərbaycan nümayəndəliyi məlumat yayıb.

Məlumata görə, Ordubad rayonu ərasində dəniz səviyyəsindən 1 915 metr hündürlükdə qalın qar örtüyü əridikdən sonra yarıçürümüş halda bəbir cəsədi aşkarlanıb:

“Hadisə yerinə Naxçıvan MR təbiəti mühafizə və hüquq mühafizə orqanlarının əməkdaşları cəlb olunub. İlkin müayinələr zamanı güllə yarası aşkar edilməyib. Yumşaq toxumalardan analiz üçün nümunələr götürülüb. Bəbirin ölümünün səbəbi təbii amillər, xüsusən də qar uçğunu olduğu nəticəsinə gəlinib. Heyvanın cəsədi təbii parçalanma prosesi bitdikdən sonra skelet formasında saxlanılacaq. Hadisə yerində olan dövlət təmsilçiləri cəsədin baş və pəncələrini təsadüfi adamlar tərəfindən aparılmasın deyə artıq götürüblər”.

WWF Azərbaycan nümayəndəliyidən qeyd edilib ki, həmin bəbir əvvəllər kameralara düşməyib:

“Təəssüf doğuran məqam isə də odur ki, tələf olan fərd dişi idi və yerli populyasiyanın inkişafında əsaslı rol oynaya bilərdi. Təbiətin qanunları belədir – doğum olan yerdə ölüm də olur”.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678