Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Zakir Həsənov: “Mərkəzin fəaliyyəti regionda uzun müddətli sülhü və təhlükəsizliyi təmin edəcək”

133 Baxış

Türkiyə Respublikası ilə Rusiya Federasiyası arasında 11 noyabr 2020-ci il tarixində imzalanan Atəşkəsə Nəzarət üzrə Birgə Mərkəzin yaradılması haqqında Memorandum xüsusi əhəmiyyət kəsb edir.

Oxu.Az-ın müxbirinin verdiyi məlumata görə, bu sözləri Ağdamın işğaldan azad edilmiş ərazilərində yaradılmış Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinin açılışında çıxış edən Azərbaycan Respublikasının Müdafiə naziri Zakir Həsənov deyib.

O bildirib ki, 2020-ci ilin 27 sentyabr tarixində Azərbaycan ordusu Ermənistan Silahlı Qüvvələrinin növbəti təxribatının qarşısını alaraq əks hücum əməliyyatını həyata keçirib. Ali Baş Komandanın rəhbərliyi ilə 44 gün davam edən müharibə Azərbaycan Respublikasının tam qələbəsi və ərazi bütövlüyünün bərpası ilə başa çatıb:

“Azərbaycan Respublikasının prezidenti, Rusiya Federasiyasının prezidenti və Ermənistan Respublikasının baş naziri arasında 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli bəyanatla atəşkəs rejiminə nail olunub. Bununla da 30 ilə yaxın davam edən Dağlıq Qarabağ münaqişəsinə son qoyulub. Türkiyə Respublikasının, Rusiya Federasiyasının və hərbi-siyasi rəhbərliyinin səyi nəticəsində regionda sülhə nail olunub.

Mərkəzin fəaliyyəti regionda uzun müddətli sülhün və təhlükəsizliyin bərqərar olmasına öz töhfəsini verəcək. Eyni zamanda əminik ki, mərkəzdə bizim türkiyəli və rusiyalı həmkarlarımız arasında dost və işçi münasibətləri yaranacaqdır”.

Aqşin Kərimov


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678