Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

ABŞ-da Qəzza dəstəkçiləri Konqres binasına girdilər

31 Baxış

Vaşinqtonda İsrailin Qəzzadakı hərbi kampaniyasına qarşı aksiya keçirən şəxslər Konqres binasına daxil olublar.

Turanmedia.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Kapitoli polisi məlumat yayıb.

Onlardan bir neçəsinin saxlanıldığı, üç nəfərin isə polisə müqavimətdə ittiham edildiyi bildirilib.

Polis Nümayəndələr Palatasının foyesində həbslərin davam etdiyini vurğulayıb:

“Biz etirazçılara xəbərdarlıq etdik ki, aksiyanı dayandırsınlar, əməl etməyəndə onları həbs etməyə başladıq”.

“Hill” nəşri aksiyada 10 min nəfərin iştirak etdiyini, onlardan 500-nün Konqres binasına girdiyini yazıb.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678