Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Şahramanyan “Dağlıq Qarabağ”ın ləğv olunmadığını elan etdi – ŞOK

25 Baxış

Separatçıların sonuncu başçısı Samvel Şahramanyan İrəvanda keçirilən etiraz aksiyası zamanı “Dağlıq Qarabağ”ın ləğv olunmadığını bəyan edib.

Turanmedia.az xəbər verir ki, TNS-in erməni mediasına istinadla məlumatına görə, “baş separatçı” deyib ki, “heç bir sənəd xalqın yaratdığı “dövləti” ləğv edə bilməz”.

Şahramanyan bildirib ki, yaxın vaxtlarda Ermənistanın İctimai Televiziyasına müsahibə verəcək və insanları narahat edən məsələlərə aydınlıq gətirəcək.

“Baş separatçı”nın İrəvanın mərkəzində bu sözləri deməsi onu sübut edir ki, Ermənistan sülh müqaviləsini imzalamaqda maraqlı deyil. Böyük ehtimalla, maraqlı ölkələr Şahramanyanı artıq ələ alıblar və ondan maraqları naminə yararlanmağa çalışacaqlar.

Bu ölkələrin əsas maraqları isə Azərbaycana təzyiq göstərməkdir. Amma rəsmi Bakını belə təzyiqlər qarşısında geri çəkilməyə vadar etmək mümkünsüzdür.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678