Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Kadırov Çeçenistanda yeni batalyon yaratdı

29 Baxış

Çeçenistan Qafqazın birinci imamı Şeyx Mənsurun adını daşıyacaq yeni batalyonun formalaşdırılmasını başa çatdırır.

Turanmedia.az Publika.az-a istinadən xəbər verir ki, bunu Çeçenistan rəhbəri Ramzan Kadırov bildirib.

Onun sözlərinə görə, o, bölük komandiri Ruslan Geremeyevlə birlikdə Qudermes şəhərində batalyonun şəxsi heyətinin yerləşdirilməsi üçün hərbi obyektin tikintisinə və yenidənqurma işləri aparılan tikinti sahəsinə baş çəkib.

O qeyd edib ki, işlər son mərhələdədir.

“Mümkün olan qısa müddətdə mütəxəssislər dörd kazarmada genişmiqyaslı yenidənqurma işləri aparıb, daha ikisini tikiblər. Bütün mühəndis kommunikasiyaları dəyişdirilib, lazımi mebellər gətirilib”, – Kadırov yazıb.

O, həmçinin bildirib ki, hərbçilər üçün parad meydançası təchiz edilib. Bundan əlavə, 100 yerlik yeməkxana, avtomobil dayanacağı, namaz otağı və s. tikilib.

Kadırov əlavə edib ki, bu, döyüş hissələri formalaşdırarkən əsas vəzifədir.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678