Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Polis rəisinin müavini vəzifəsindən uzaqlaşdırıldı- Ailə üzvlərinin Rusiya pasportları var

32 Baxış

Ukrayna Milli Polisinin rəis müavini Dmitri Tişlek vəzifəsindən uzaqlaşdırılıb.

Turanmedia.az Tns-ə istinadən xəbər verir ki, bu barədə Ukraynanın daxili işlər naziri İqor Klimenko bildirib.

Buna səbəb jurnalist araşdırmasından sonra Dmitri Tişlekin ailə üzvlərinin Rusiya pasportlarına malik olmaları və onlardan bəzilərin Rusiyanın başlatdığı qanlı müharibəni dəstəklədiyi faktının ortaya çıxmasıdır.

Rəis müavini Dövlət Təhqiqat Bürosuna bəyanat təqdim edərək yayılan məlumatların yoxlanılmasını istəyib.

“İstintaq aparılır. Mən şəxsən nəticələri gözləyirəm. Cəmiyyət də cavabları eşitməlidir. Çünki dövlətə və anda sədaqətlə bağlı şübhələr yolverilməzdir, xüsusən də müharibə zamanı”, – Ukrayna daxili işlər naziri qeyd edib.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678