Hindistan-Nepal sərhədində güclü zəlzələ: 24 ölü
8 Baxış

Hindistan-Nepal sərhədində 6 bal gücündə zəlzələ qeydə alınıb.
Turanmedia.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Yeraltı təkanların episentri Nepalın 9 min nəfərə yaxın əhalisi olan Cumla şəhərindən 36 kilometr Cənub-Şərqdə və təxminən 182 min nəfərin yaşadığı Hindistanın Bəhraiç şəhərindən 166 kilometr Şimal-Şərqdə yerləşib.
Məlumata görə, Hindistanın paytaxtı Yeni Dehlidə də binalar silkələnib.