Xoşbəxtlik Nazirliyi yaradılır
8 Baxış

Federasiya Şurasının rəhbəri Valentina Matvienko Rusiyada Xoşbəxtlik Nazirliyinin yaradılmasını təklif edib.
Turanmedia.az-ın məlumatına görə, TNS “Gazeta.ru”ya istinadən xəbər verir ki, Federasiya Şurasının sədri bu barədə “Bilik. Birincisi” forumunda danışıb.
Matvienkonun sözlərinə görə, o, belə bir ideya haqqında düşünüb və təklif edib. O qeyd edib ki, Xoşbəxtlik Nazirliyinin vəzifəsi ölkədə qəbul edilən bütün qanunları yoxlamaq və onların vətəndaşları xoşbəxt edib-etmədiyini müəyyən etmək olardı.