Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

AB Ermənistanda müşahidə missiyasını genişləndirir?

28 Baxış

AB Xarici İşlər Nazirləri Şurasının noyabrın 13-14-də Brüsseldə keçiriləcək iclasında Ermənistan-Azərbaycan arasında sülh müqaviləsinin bağlanması məsələsi müzakirə olunacaq.

Turanmedia.az Axar.az-a istinadən xəbər verir ki, bunu AB-nin Xarici Əlaqələr Xidmətinin yüksək səviyyəli nümayəndəsi bildirib.

O vurğulayıb ki, Cənubi Qafqazda sülh Avropanın təhlükəsizliyi baxımından mühüm amildir.

Ermənistanda AB-nin müşahidə missiyasının fəaliyyətini genişləndirib-genişləndirməyəcəyi barədə də danışan rəsmi Birliyin bu istiqamətdə işini davam etdirmək istədiyini söyləyib:

“Ermənistanla təhlükəsizlik siyasəti üzrə dialoq davam edir və AB Ermənistandakı missiyası ilə bağlı məsələləri və digər mövzuları müzakirə etməyə ümid edir”.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678