Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Moskvada mənzildən mumya tapıldı

29 Baxış

Moskvanın Krasnodonskaya küçəsindəki mənzillərindən birində 1953-cü il təvəllüdlü təqaüdçünün mumiyasını tapıblar.

Turanmedia.az Tns-ə istinadən xəbər verir ki, bu barədə MK məlumat yayıb.

Bildirilib ki, o, 4 ildən çoxdur dünyasını dəyişib.

Qalıqlar cümə axşamı, noyabrın 9-da yerli polis əməkdaşı tərəfindən tapılıb.

Qeyd olunur ki, yerli sakin iki nəfərin mərhumun mənzilindən tələsik çıxdığını görüb. Bir neçə gün əvvəl naməlum şəxslər ondan qonşuluqda yaşayanların olub olmadığını soruşublar. Daha sonra qadın ərinə zəng edib, polisə müraciət edib.

Hüquq-mühafizə orqanının əməkdaşı kişinin qalıqlarını tapıb və mətbəxdə qazın yandığını görüb. Ehtimal ki, o, həmin yad adamlar tərəfindən aşkar edilib.

Bildirilir ki, mənzilin pəncərəsi açıq olduğundan və meyit iyi evə yayılmadığından qonşuların təqaüdçünün ölümündən xəbəri olmayıb.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678