Baydenin reytinqi rekord səviyyədə endi
7 Baxış

ABŞ Prezidenti Co Baydenin reytinqi onun prezidentliyi dövründə ən aşağı səviyyəyə enib.
Turanmedia.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə “NBC Nyus”un sorğusunda deyilir.
Sorğu Baydenin reytinqinin 40 faizə düşdüyünü göstərib.
Hesab olunur ki, reytinqin aşağı olması dövlət başçısının xarici siyasəti və İsrail-HƏMAS münaqişəsi ilə bağlıdır.
O da məlum olub ki, 2024-cü il seçkiləri ərəfəsində Baydenin reytinqi ilk dəfə ABŞ-ın keçmiş prezidenti Donald Trampdan geri qalıb.