Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Hacıyevin təklifinə Abramyanın gülünc reaksiyası

24 Baxış

Prezidentin köməkçisi Hikmət Hacıyevin sülh danışıqlarının yolunu açan fikri Ermənistan müxalifətində gülünc reaksiya ilə qarşılanıb.

Turanmedia.az Axar.az-a istinadən xəbər verir ki, “Şərəfim var” fraksiyasının deputatı Tiqran Abramyan bu təklifi “təhlükəli” adlandırıb.

“Bir neçə gün əvvəl Azərbaycanın əsas məmurlarından biri olan Hacıyev kifayət qədər təhlükəli nəticələri olan, amma geniş müzakirə olunmayan açıqlama verdi. O qeyd etdi ki, demarkasiya/delimitasiya prosesi mürəkkəb və uzun sürür və Ermənistan və Azərbaycan arasında danışıqlar sənədindən çıxarılmalı və ayrıca müzakirə edilməlidir.

Bu, faktiki olaraq o deməkdir ki, sərhəd məsələləri o qədər həlledilməzdir və ya tərəflər qarşılıqlı razılıq əldə etmək imkanından o qədər uzaqdırlar ki, onu əsas sənədin müzakirəsindən kənarda və ya onun yanında qoyurlar.

Beləliklə, hansısa mərhələdə hansısa sənəd imzalansa belə, o, yalnız xoş niyyətli deklarativ mahiyyət daşıyacaq.

Birinci təhlükə odur ki, sərhəd məsələsində dərin problemlər yeni eskalasiyaya və ya partlayışa gətirib çıxara bilər ki, bunun əlamətləri Azərbaycanın əsas təbliğat resurslarında mütəmadi olaraq öz əksini tapır”, – Abramyan sosial şəbəkə hesabında yazıb.

Qeyd edək ki, sərhədin delimitasiya və demarkasiyası illərlə davam edən prosesdir və bu, bütün dünyada bu cür qəbul edilir. Məsələn, Azərbaycanla Gürcüstan bir-birinin ərazi bütövlüyünə hörmət edir və tanıyır, ancaq sərhədin bəzi hissələrində hələ də komissiyalar dəqiqləşmələr aparırlar.

Bu baxımdan Azərbaycan tərəfinin delimitasiya və demarkasiya prosesini sülh sazişindən ayırmaq təklifi beynəlxalq hüquqa və normalara uyğun, eyni zamanda, sülh sazişinin imzalanması istəyindən doğan mütərəqqi jestidir. Bunun İrəvanda fərqli qəbul edilməsi isə yalnız sülh sazişinə mane olmaq üçün edilən manipulyasiyalardır.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678