Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Saakaşvili çağırış etdi: De-russifikasiyanı gecikdirməyin!

29 Baxış

Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili müxalif “Lelo” partiyasının təklif etdiyi ölkənin “Rusiyadan təmizlənməsi konsepsiyası”nı dəstəkləyir.

Turanmedia.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Saakaşvili sosial şəbəkə hesabında yazıb.

“De-russifikasiya hər kəsin etməli olduğu şey olmalıdır və onu gecikdirmək hər hansı ciddi xəstəliyin müalicəsini gecikdirməklə eynidir. Milli bədənimizi ölümlə təhdid edən rus virusu bütün cəmiyyətin toxunulmazlığına və gücünə ehtiyac duyur.

Bu işdə hər kəsin öz cəbhəsi var. Qazanan koalisiya özünün ən yaxşı keyfiyyətlərini, digər partiyalar da öz keyfiyyətlərini göstərməlidir və mən onlara bu məsələdə uğurlar arzulayıram”, – Saakaşvili yazıb.

“Lelo” partiyası Rusiya şirkətlərinə Gürcüstanın dövlət tenderlərində iştirakını qadağan etməyi təklif edib. Müxalifətin təşəbbüsünə görə, bu, Gürcüstanın Qərb tərəfdaşlarının dövləti antirusiya sanksiyalarından yayınmaqda ittiham etməməsi üçün zəruridir.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678