Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Partiya liderindən skandal tələb – Məscidlər sökülsün!

30 Baxış

İsveçdə Baş nazir Ulf Kristerssonun azlıq hökumətinə xaricdən dəstək verən ifrat sağçı İsveç Demokratlar Partiyasının (SD) lideri Cimmi Akesson ölkədə yeni məscid tikintisinə icazə verilməməsini və mövcud olanların sökülməsini tələb edib.

Turanmedia.az Tns-ə istinadən xəbər verir ki, Vasteras şəhərində keçirilən tədbirdə çıxış edən partiya rəhbəri mühacirlərin ölkədə məscid tikmək hüququna malik olmaması lazım olduğunu müdafiə edib.

İsveç ictimaiyyətində Fələstinə verilən dəstəkdən və İsrailə qarşı etirazlardan narahat olan Akesson, bu etirazların məscidlərdən qaynaqlandığını iddia edərək, məscidlərin sökülməsini tələb edib.

Kökləri İsveçdə nasizmdən qaynaqlanan ifrat sağçı İsveç Demokratlar Partiyası 11 sentyabr 2022-ci ildə keçirilən son ümumi seçkidə parlamentdə ikinci ən böyük qrupa sahib olub.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678