Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Əsrin toyu: Bu toya 59 milyon dollar xərcləndi

25 Baxış

Sosial şəbəkələrdə 26 yaşlı amerikalı Madlen Brokvey və Jakob Laqronun toyu müzakirələrə səbəb olub.

Turanmedia.az Kult.az-a istinadən xəbər verir ki, toy şənliyi artıq “əsrin toyu” elan edilib. Medianın hesablamalarına görə, yeni evlənənlər toya 59 milyon dollar xərcləyib.

Toy Fransanın paytaxtında baş tutub. Yeni evlənənlər şəxsi təyyarə ilə ABŞ-dan Parisə gəliblər. Dördgünlük mərasimin əsas hissəsi açıq havada, Eyfel qülləsinə baxan şəxsi bağda baş tutub.

Qeyd edək ki, cütlük toy şənliyindən əvvəl Paris Operasında şam yeməyi, “Chanel Haute Couture Suite”də xüsusi şam yeməyi, Versal sarayında gecələmə və Zəfər tağı altında ziyafət təşkil edib.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678