Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Moskvada Sibir soyuğu olacaq

28 Baxış

Çərşənbə günündən etibarən Moskvada gecə -20-22, gündüz -15-16 dərəcəyə qədər şaxta gözlənilir.

Turanmedia.az Axar.az-a istinadən xəbər verir ki, bunu “Fobos” hava mərkəzinin aparıcı mütəxəssisi Yevgeni Tişkovets deyib.

“Bu temperatur Sibir üçün xarakterikdir, paytaxt üçün deyil. Moskvada bu həftə ən soyuq gecə cümə günü olacaq. Həmin vaxt havanın temperaturu gündüz -11-16, gecə -17-22 dərəcə təşkil edəcək ki, bu da iqlim normasından 10-15 dərəcə aşağıdır”, – Tişkovets bildirib.

Onun sözlərinə görə, həftə sonu havanın temperaturu bir qədər yüksələcək – gecə -13-18, gündüz -8-13 dərəcə olacaq.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678