Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

İran sərhədə hərbi texnikalar yerləşdirir

25 Baxış

Yaxın vaxtlarda quru qoşunları ölkənin şimal-şərq bölgələrində raket, dron, artilleriya və mobil zərbə bölmələrini yerləşdirəcək.

Turanmedia.az olke.az-a istinadən xəbər verir ki, bunu İran ordusunun quru qoşunlarının komandanı Keyumərs Heydəri deyib.

Onun sözlərinə görə, şimal-şərq bölgəsi və Cənubi Xorasan həssas sərhədlərə malikdir və İranın davamlı təhlükəsizliyinin böyük hissəsi bu bölgədə təmin edilir, ona görə də Quru Qoşunları bu bölgəyə xüsusi diqqət yetirir.

O əlavə edib ki, ölkənin şimal-şərq sərhədləri gücləndiriləcək.

Ordunun Quru Qoşunlarının komandanı vurğulayıb ki, artıq ölkənin şimal-şərq, cənub-şərq, cənub-qərb, şimal-qərb və qərb sərhədlərində Quru Qoşunlarının müxtəlif bölmələri yerləşdirilib.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678