Putin Lukaşenkoya müharibə təzyiqlərini artırıb, amma… – ISW

11 Baxış

Kreml Belarus lideri Aleksandr Lukaşenkoya davamlı təzyiq edərək, Rusiyanın tələblərini yerinə yetirməkdən boyun qaçırmaq üçün manevr etmək imkanından məhrum etməyə çalışır.

Turanmedia.az olke.az-a istinadən xəbər verir ki, bu, Müharibənin Tədqiqi İnstitutunun (ISW) hesabatında yer alıb.

Qeyd olunur ki, Rusiya son vaxtlarda Ukraynaya hərbi müdaxiləyə vadar etmək üçün Belarusa təzyiqlərini artırıb. Kremlin Minskə davamlı təzyiqi istər-istəməz Lukaşenkonun manevr imkanlarını azaldır. Buna baxmayaraq Lukaşenko Kremlə güzəştə getməmək üçün əlindən gələni edərək hələ ki dirəniş göstərməkdədir.