Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Pakistanda terror aktı- Azı 25 əsgər həlak olub

21 Baxış

Pakistanın şimal-qərbində, Əfqanıstanla sərhəddə terror aktları və antiterror əməliyyatları nəticəsində azı 25 hərbçi həlak olub.

Turanmedia.az Tns-ə istinadən xəbər verir ki, bu barədə Pakistan Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, səhər tezdən altı terrorist Daraban bölgəsindəki təhlükəsizlik keçid məntəqəsinə hücum edib. Hücum zamanı kamikadzenin idarə etdiyi, partlayıcılarla doldurulmuş avtomobil hərbçilərin olduğu məktəb binasına çırpılıb. Partlayış binanın dağılmasına və 23 əsgərin ölümünə səbəb olub. Hücumda iştirak edən 6 yaraqlı öldürülüb.

Eyni əyalətin Dera İsmayıl Xan rayonunda təhlükəsizlik qüvvələrinin keçirdiyi iki əməliyyatda daha 21 terrorçu zərərsizləşdirilib. Oradakı döyüşlərdə isə iki hərbçi həlak olub.

Hücuma görə məsuliyyəti Talibanın Pakistan hücrəsi ilə əlaqəli bir qrup öz üzərinə götürüb.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678