Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Süleymaninin anım günündə terror: nə baş verir?

22 Baxış

İranın Kirman şəhərində general Qasım Süleymaninin öldürülməsinin ildönümü mərasimində baş verən partlayış nəticəsində onlarla iranlının həlak olması bölgədəki gərginliyi daha da artıracaq.

Turanmedia.az Axar.az-a istinadən xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.

O bildirib ki, bu partlayış İran Prezidenti İbrahim Rəisinin Türkiyəyə səfəri ərəfəsində baş verdi (Rəisinin Türkiyəyə səfəri sabaha nəzərdə tutulub):

“Tehranın bu partlayışda İsraili ittiham edəcəyi ehtimalı az deyil. Bu isə o deməkdir ki, İran ərazisində İsrail kəşfiyyatına bağlı olduğu iddia edilən şəxslərin çoxsaylı həbslərinə rəğmən, şəbəkə gücünü itirməyib. Türkiyənin özündə də İsrail kəşfiyyatına bağlı şəxslərin kütləvi həbsi həyata keçirilib.

Qasım Süleymanini amerikalılar öldürdülər. Tehran intiqam vədi versə də, Amerikaya zərər verər bilmədi. Əsl zərər HƏMAS qruplaşmasının oktyabrın əvvəlində İsrailə hücumu ilə Təl-Əvivə dəydi. Təsadüfi deyil ki, hücumun arxasında Tehranın dayandığına dair mülahizələr səsləndi. Görünür, İran Süleymaninin mərasimidəki partlayışa da adekvat cavab verməyə çalışacaq, bölgədə İrana bağlı silahlı qruplaşmaların daha da fəallaşacağını proqnozlaşdırmaq olar”.

Qeyd edək ki, bu gün İranın Kirman şəhərində general Qasım Süleymaninin anım mərasimi zamanı ard-arda iki partlayış baş verib. Partlayışlar nəticəsində ölənlərin sayı 103, yaralananların sayı isə 211-ə çatıb. Terror aktı ilə əlaqədar sabah ölkədə matəm elan edilib.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678