Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

BMT hərbi əsirlərin mübadiləsini alqışladı

20 Baxış

BMT Baş katibi Antoniu Quterreş Ukrayna ilə Rusiya arasında hərbi əsirlərin mübadiləsini alqışlayır.

Turanmedia.az olke.az-a istinadən xəbər verir ki, bu barədə Baş katibin media ofisinin nümayəndəsi Stefani Tremblay gündəlik mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, Baş katib 230 ukraynalı və 248 rusiyalı hərbi əsirin mübadiləsini alqışlayır:

“Antoniu Quterreş hər iki tərəfin birgə səylərini təqdir edir və münasibətlərin bərpasında üçüncü tərəf olan Birləşmiş Ərəb Əmirliklərinin bu müsbət inkişafa töhfəsini yüksək qiymətləndirir”.

S.Tremblay əlavə edib ki, Baş katib ümid edir ki, bu mühüm addımdan sonra əsirlərin əlavə mübadiləsi və gərginliyin azaldılması üzrə digər səylər göstəriləcək.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678