Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Əfqanıstanın paytaxtında partlayış törədildi

21 Baxış

Əfqanıstanın paytaxtı Kabil şəhərində mikroavtobusun partladılması nəticəsində azı 3 nəfər ölüb, 4 nəfər yaralanıb.

Turanmedia.az olke.az-a istinadən xəbər verir ki, bu barədə Əfqanıstanın “Ariana News” telekanalı məlumat yayıb.

Kabil Polis Departamentinin nümayəndəsi Xalid Zadran bildirib ki, səlahiyyətlilər partlayışla bağlı bir şübhəlini saxlayıb.

Daha əvvəl yanvarın 6-da “Khaama Press” agentliyi Kabildə avtobusda partlayış baş verdiyi, nəticədə 5 nəfərin öldüyü, 15 nəfərin yaralandığı barədə məlumat vermişdi. Partlayıcı qurğu avtomobilin içərisinə yerləşdirilmişdi.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678