Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Bu ölkə artilleriya sursatlarının istehsalını üç dəfə artıracaq

37 Baxış

İsveç hökuməti yaxın illərdə artilleriya sursatlarının istehsalını üç dəfə, istehsal tempini isə əhəmiyyətli dərəcədə artırmaq niyyətindədir.

Turanmedia.az-ın məlumatına görə, “Ölkə.az” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Pol Conson bildirib.

Söhbət ilk növbədə Ukraynaya tədarük edilən 155 mm çaplı mərmilərdən gedir. Əslində onların istehsalı artıq artırılıb, lakin hökumətin fikrincə, bu, kifayət deyil.

Hazırda müxalifətdə olan sosial-demokratlar da istehsalın artırılmasının tərəfdarıdır. Onlar hərbi sənaye kompleksi şirkətlərinin istehsal imkanlarını genişləndirə bilmələri üçün dövlət kredit zəmanətlərindən istifadə etməyi təklif edirlər.

Həmçinin sursatların məqsədyönlü uzunmüddətli alınması da həyata keçirilə bilər və həm İsveçdə, həm də Ukraynada sursatların çatdırılma müddətini azaltmaq üçün digər Skandinaviya ölkələri ilə əməkdaşlıq edilə bilər.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678