Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Hakerlər Rusiyanın 100-lərlə strateji qurumunun sistemini sındırıb

24 Baxış

Rusiya Federasiyasında yüzlərlə dövlət qurumuna xidmət göstərən “Qalaktika EAM” sistemi sındırılıb.

Turanmedia.az Tns-ə istinadən xəbər verir ki, Head Mare beynəlxalq haker qrupu bunu etdiyini bildirib.

“Hare Mare Rusiyanın strateji müəssisələrinin menecerləri üçün “Qalaktika EAM”ə salam göndərir. Proqram mənbələri, loginlər və parollar getdi”,- qrup məlumat yayıb.

“Qalaktika EAM” Korporasiyasına Rosneft, Transneft, Rostec, Roskosmos, Rusiya Dəmir Yolları, Qazprom, Rosatom başda olmaqla 200-dən çox şirkət daxildir.

Hakerlərin sözlərinə görə, onlar “Qalaktika EAM” şirkətinin daxili serverlərinə giriş əldə ediblər. İndi məxfi məlumatlar ictimaiyyətə açıqdır.

Ən çox zərərin “Rosneft”ə dəydiyi bildirilib. “Rosneft”in yüzlərlə terabayt məlumatı, 390 virtual server və iş stansiyaları məhv edilib.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678