Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

“Husilər Böyük Britaniyada terror aktları törədə bilərlər” – ŞOK AÇIQLAMA

21 Baxış

Yəməndə husilərin mövqelərinin bombalanması Böyük Britaniyada terror hücumları təhlükəsini artırır.

Turanmedia.az Tns-ə istinadən xəbər verir ki, bu fikri Britaniyanın MI6 xarici kəşfiyyat xidmətinin sabiq rəhbəri (1999-2004) Riçard Dirlov “Sky News” telekanalına müsahibəsində deyib.

“Bu, bizim təhlükəsizliyimizə dərhal təsir etməyəcək. Biz Süveyş kanalının bağlanmasının hansı nəticələrə səbəb ola biləcəyini gördük. Milli təhlükəsizlik məsələsini nəzərdən keçirərkən, baş verənlərə daha geniş nəzər salmalı və ticarətin təhlükəsizliyini nəzərə almalıyıq. Əgər husi radikallarına rəğbət bəsləyənlərdən danışsaq, o zaman Yaxın Şərqdə baş verən hadisələr daxili terrorizmi qızışdıra bilər. Belə bir risk var”,- Dirlov bildirib.

Kəşfiyyat xidmətinin sabiq rəhbərinin sölərinə görə, husilərin Britaniya ərazisinə hücumlar həyata keçirmək üçün resurslara malik olduğuna şübhə etmir.

Xatırladaq ki, yanvarın 12-nə keçən gecə ABŞ və Britaniya silahlı qüvvələri təyyarə, gəmi və sualtı qayıqlardan istifadə edərək Yəmənin bir sıra şəhərlərində, o cümlədən Səna və Hudeydada “Ənsar Allah” hədəflərinə zərbələr endirib. ABŞ Prezidenti Co Bayden bildirib ki, zərbə Qırmızı dənizdə husilərin görünməmiş hücumlarına cavabdır və müdafiə xarakteri daşıyır.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678