Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

İslandiyada vulkan püskürdü: Yaşayış məntəqələri təhlükədə

19 Baxış

İslandiyanın Grindavik liman şəhərində yeni vulkan püskürməsi baş verib və lava axını yaşayış məntəqəsinə yaxınlaşır.

Turanmedia.az axar.az-a istinadən xəbər verir ki, bu barədə İslandiyanın RUV telekanalı məlumat yayıb.

Məlumata görə, yüzlərlə kiçik zəlzələ qeydə alındıqdan sonra bütün sakinlər gecə saatlarında təxliyə edilib.

“Lava Grindavikə tərəf axır və ən şimalda yerləşən evlərdən 450 metr məsafədədir. Buna görə də lavanın evlərin üzərinə axması riski böyükdür. Lava Grindavikdə tikilmiş bəndi yarıb”, – məlumatda bildirilib.

Dünən axşam səlahiyyətli nümayəndələr sakinləri təxliyə olunmağa çağırıblar. Saat 03:00-dan 04:00-dək bu rayonda yüzdən çox kiçik zəlzələ qeydə alınıb, səhər saat 05:00-da isə yaşayış məntəqəsinin şərq hissəsində elektrik enerjisi kəsilib. Bütün sakinlərin püskürmədən əvvəl təxliyə edildiyi qeyd olunur.

Püskürmənin nə qədər davam edəcəyini söyləmək çətindir. Noyabr ayında baş verən püskürmə bir neçə gündən sonra dayanmışdı. Bununla belə vulkan püskürmələrinin aylarla və ya illərlə davam etməsinə dair misallar var.

Xatırladaq ki, son üç ildə İslandiyanın Reykyanes yarımadasında dörd vulkan püskürmə baş verib.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678