Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Toy zamanı döşəmə çökdü: 35 nəfər xəsarət aldı

37 Baxış

İtaliyanın Pistoia şəhərində toy zamanı döşəmənin çökməsi nəticəsində 35 nəfərin xəsarət aldığı bildirilib.

Turanmedia.az Tns.az-a istinadən xəbər verir ki, İtaliya mətbuatında yer alan xəbərdə ölkənin şimal şəhərində tədbir yeri olaraq istifadə edilən köhnə bir monastırın döşəməsinin toy zamanı çökdüyü bildirilib. Hadisənin qonaqların rəqs edərkən baş verdiyi və insanların təxminən 4 metr hündürlükdən yıxıldığı bildirilib.

Bildirilib ki, çökmə nəticəsində dəmir-beton binanın içərisində 3 metr diametrdə boşluq yaranıb. Hadisə nəticəsində 35 nəfərin yaralandığı bildirilib. Xəstəxanaya yerləşdirilənlər arasında yeni evlənən cütlük də var. Prokurorluğun araşdırmaya başladığı bildirilib.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678