Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Terrorçular 45 nəfəri girov götürüblər

27 Baxış

Nigeriyada şəhərlərarası üç avtobusa hücum edən terrorçular 45 nəfəri girov götürüblər.

Turanmedia.az Tns-ə istinadən xəbər verir ki, bu barədə “Nigerian Tribune” hadisə şahidlərinə istinadən məlumat yayıb.

Bildirilib ki, insident ölkənin cənub-şərqindəki Otukpo-Enugu magistral yolunda (Benue ştatı) baş verib.

Ötən həftə Nigeriyanın şimal-şərqində Kaduna-Abuja şosesində təxminən 30 nəfər qaçırılıb. İndiyə qədər onların taleyi barədə məlumat yoxdur.

Son zamanlar Nigeriyada terrorçular fəallaşıb. Onlar mağazaları qarət edir, insanları girov götürürlər.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678