Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Yeniyetmə özündən böyük köpək balığı tutdu – FOTO/VİDEO

133 Baxış

ABŞ-ın Florida ştatında yeniyetmə özündən böyük köpək balığı tutub.

Bu barədə yerli “NBC Miami” telekanalı məlumat yayıb.

16 yaşlı Tomas Tompson Floridaya istirahət etmək üçün gəlib. O, qohumlarıyla birgə qayıqda balıq tutarkən tilovuna köpək balığı düşüb.

İki saat yarım ərzində yeniyetmə iri balığı sudan çıxarmağa çalışıb, lakin balıq qayığa yerləşməyib.

Tutulan köpək balığının uzunluğu 1.9 metr, çəkisi isə 200 kq-dan çoxdur.

Onun tilova düşməsi və sudan çıxarılmasının videogörüntüləri “Instagram”da paylaşılıb. 

 


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678