Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Deyəsən, Putinin xəbəri yoxdur: Rusiya TƏRKSİLAH olunur – ŞƏRH

77 Baxış

Avropanın hərbi nəşrləri Rusiya-Ukrayna savaşı barədə maraqlı məlumat paylaşıblar.

Turanmedia.az konkret.az-a istinadən xəbər verir ki, savaş başlayandan bəri Ukrayna Rusiyanın 1 milyard 883 milyon dollarlıq hərbi texnikasını qənimət götürüb.

Rusiya istehsalı hərbi texnikanın qənimət götürülməsi ənənəsini II Qarabağ savaşında Azərbaycan yaradıb.

Ukraynanın ələ keçirdiyi hərbi qənimətlərin sayına və dəyərinə baxanda bir fikir yaranır:

“Belə getsə, Rusiya tərksilah olunacaq”.

Xeyr, Kreml silahı yerə qoymayacaq, sadəcə, sursatı qalmayacaq. Amma bir faktı da qeyd etmək yerinə düşər ki, Moskva 1945-ci ildən sonra iqtisadiyyatdan çox müdafiə sənayesinə investisiya ayırıb. Yəni onların ehtiyatda silahı çoxdur. Onsuz, savaş da hələ çox çəkəcək deyə Qərbin tərksilah planı aktuallığını qoruyur. Rusiyanın ələ keçirilən silahları bir yana, istifadə olunan və dağıdılan texnika da itki sayılır. Bundan başqa, Kremlə qarşı tətbiq olunan sanksiyalar fonunda hərbi xərclərin çoxalması büdcə gəlirliliyini yox, zərərini artırır.

– Rusiya 9 ayda savaşa 82 milyard dollar xərcləyib;

Bu isə Kreml üçün illik büdcənin 25 faizidir. “Forbes” hesablamalarına görə, Rusiya gələn il büdcə axsamaları yaşaya bilər. Hərbi analitiklərin fikrincə, Rusiyanın arsenalı tükənməkdədir. İran və Şimali Koreyadan alınan raketlər isə bədəli ağır ödənəcək məsrəflərdir.

– Rusiyanın neft-qaz gəlirləri azalır;
– Müharibə ayda minimum 10 milyard dollar tələb edir;
– Müqaviləli hərbçilərə ayda 3 min 300 dollar ödənir;
– 300 min səfərbər olunanın hər ayı 1.8 milyard dollarlıq büdcə xərcidir;
– Savaşa cəlb olunanların ümumi maaşı 2.7 milyard dollardır;
– Yayda ölən və yaralılara görə hər ay ödənən kompensasiya 1 milyard dollar idi;
– Hazırda bu rəqəm 3.5 milyard dollara yüksəlib;

Açığı, Qərbin planı öz axarındadır və bu gedişlə reallaşmasına çox qalmayıb. Ekspertlərə inansaq, yaxın gələcəkdə Rusiya müxtəlif şantaj yolları ilə qonşu ölkələrdən pul qopartmağa çalışacaq. Çünki Kremldəki maliyyə çatışmazlıqları “Qazprom”u aşacaq. Postsovet ölkələri təhdidə gec cavab versələr, daha böyük uduş qazanmaq şansı var. Nümunə kimi, Abxaziya və Cənubi Osetiyanın 1-2 milyarda insidentsiz Gürcüstana qaytarılması, Rusiyanın Ermənistan sərhədi və Gümrüdəki hərbi bazadan könüllü imtinası, KTMT-nin ləğvini proqnoz etmək olar. O ki qaldı Qarabağdakı sülhməramlılara, onların indiki dolanışığı Ruben Vardanyanın cibi ilə tənzimlənir. Bir də ki, taleləri Azərbaycanın əlindədir. Separatməramlı fəaliyyətlərini davam etdirsələr, bu mandata mat qoymaq qaçılmazdır. 2025-in Yeni ilini Qarabağda qeyd etməyə bilərlər.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678