Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

ÜST-dən süni intellektlə bağlı xəbərdarlıq

20 Baxış

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) səhiyyədə generativ süni intellektin (Sİ) böyük multimodal modellərindən (LMM) istifadənin riskləri barədə xəbərdarlıq edib.

Turanmedia.az olke.az-a istinadən xəbər verir ki, ÜST ölkələri bu texnologiyaların insan hüquqları sahəsində qanunvericiliyə uyğun olmasını təmin etməyə çağırıb və onların tətbiqinin nəticələrini qiymətləndirmək üçün məcburi auditlərin tətbiqini tövsiyə edib.

“LMM sağlamlıqla bağlı xüsusi məqsədlər üçün istifadə olunmağa başlasa da, sağlamlıqla bağlı qərarlar qəbul etmək üçün bu cür məlumatlardan istifadə edən insanlara zərər verə biləcək yalan, qeyri-dəqiq, qərəzli və ya natamam məlumatlar yaradılması ilə bağlə sənədli sübutlar da var”, – təşkilatdan bildirilib.

Risklər həmçinin aşağı keyfiyyətli məlumatların və ya irqi, etnik mənsubiyyət, cinsiyyət və ya yaşa əsaslanan qərəzli yanaşmanın olduğu məlumatların istifadəsindən qaynaqlanır. “Generativ Sİ texnologiyaları kibertəhlükəsizlik baxımından da həssasdır: pasiyentlərin məlumatları və daha geniş şəkildə tibbi yardımın göstərilməsi risk altında ola bilər”, – sənəddə deyilir.

ÜST hesab edir ki, təhlükəsiz LMM yaradılmasında, özü də hazırlanma və tətbiq mərhələsinin bütün etaplarında müxtəlif maraqlı tərəflər, o cümlədən hökumətlər, texnologiya şirkətləri və pasiyentlər iştirak etməlidir.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678